Düşmən tərəfi ərazilər itirdiklərini etiraf etdi - YENİLƏNİB

  27 Sentyabr 2020    Oxunub : 8014
 Düşmən tərəfi ərazilər itirdiklərini etiraf etdi -  YENİLƏNİB
"Döyüş davam edir. Yaralılarımız və itkilərimiz var. İtkilər üçün çox kədərliyəm".

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin rəhbəri Araik Arutyunyan bildirib.
O, döyüşlərlə bağlı keçirdiyi mətbuat konfransında Ermənistan ordusunun itklər verdiyini deyib. Bundan əlavə, Arutyunyan Talış kəndi və cənub istiqamətində ərazi itkilərinə məruz qaldıqlarını etiraf edib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov 7 kəndin işğaldan azad edildiyini diqqətə çatdırıb.

Azvision.az

Teqlər: Qarabağ