Türkiyə rəsmisi cəbhədə baş verənlərdən yazdı

   Türkiyə rəsmisi cəbhədə baş verənlərdən yazdı
  28 Sentyabr 2020    Oxunub:2799
Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur. On illərdir hərəkətsizlik və qeyri-qanuni işğal ilə ortaqlıq erməni tərəfini cəsarətləndirdi. İndiki münaqişə bu vəziyyətin davamlı olmadığını göstərir.
Bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabında yazıb.

Türkiyə PA rəsmisi qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalçısıdır: "Ermənistan on illərdir nəinki Dağlıq Qarabağı işğal edir, həm də Azərbaycana qarşı mütəmadi təxribatlar həyata keçirir. Bugünkü hücumları daha bir təhlükəli vəziyyətə səbəb oldu".

Azvision.az


Teqlər: FəxrəddinAltun  





Xəbər lenti