“Tərtərdə xalçaçılıq zavodu hədəfə alınıb” - Hikmət Hacıyev

  28 Sentyabr 2020    Oxunub : 2941
 “Tərtərdə xalçaçılıq zavodu hədəfə alınıb” -  Hikmət Hacıyev
Hazırda qoşunların təmas xətti boyunca hərbi əməliyyatlar davam edir. Ermənistan çətin vəziyyətdə düşəndə mülki Azərbaycan əhalisini hədəfə alır.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 2016-ci ilin aprel döyüşlərində, eləcə də 1990-ci illərdə bunun aktiv fazasını görmüşük:

"Cəbhə xəttindən aralı Naftalan şəhərinin ağır artilleriya ilə atəşə tutması nəticəsində iki yaşlı insan olmaqla 5 nəfər həlak olub. Bu gün səhər saatlarında Tərtər şəhəri ağır artileriyadan atəşə tutulub, mülki şəxslər hədəfə alınır. Tərtər rayonunda yerləşən və qadınların işi üçün nəzərdə tutulan xalçaçılıq zavodu hədəfə alınıb. Polis məntəqəsinə hücum həyata keçirmək istəyirdilər".

H.Hacıyev bildirib ki, dünəndən cəbhə xətti boyunca davam edən gərginlik nəticəsində 14 nəfər Azərbaycan vətəndaşının yaralanması barədə məlumat var.

Aytən Zəhra
Azvision.az

Teqlər: Hikmət-Hacıyev