Hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırıldı

 Hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırıldı
  28 Sentyabr 2020    Oxunub:2416
Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirib ki, nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.



Azvision.az


Teqlər: Hərbi-attaşelər  





Xəbər lenti