Erməni təxribatı nəticəsində yanğınlar olub

  28 Sentyabr 2020    Oxunub : 1837
  Erməni təxribatı nəticəsində yanğınlar olub
Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək düşmənin silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli binaları, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, nəticədə yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan vurulur.

Sentyabrın 28-də də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib.

Fövqəladə Hallar Nazirliyinin dərhal hadisə yerlərinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınları qısa müddətdə söndürüblər.

Azvision.az

Teqlər: FHN   Yanğın