BMT TŞ-nin xüsusi Qarabağ iclasında nə gözlənilir? – Almaniya səfirindən açıqlama

   BMT TŞ-nin xüsusi Qarabağ iclasında nə gözlənilir? –    Almaniya səfirindən açıqlama
  29 Sentyabr 2020    Oxunub:11490
Bu gün BMT-nin Təhlükəsizlik Şurasının xüsusi iclasında Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunacaq. İclas əyani keçiriləcək və Suriya ilə bağlı toplantıdan sonra baş tutacaq.
Rusiya sülhməramlıları Azərbaycandan çıxırlar - YENİLƏNİB
İclasın çağırılması üçün "digər məsələlər" təsnifatı ilə təşəbbüs Almaniya və Fransadan gəlib, Britaniya, Belçika və Estoniya onları dəstəkləyiblər.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ölkəsinin təşəbbüsünü Azvision.az -a şərh edərkən bildirib ki, bu mövzu ölkəsinin xarici işlər naziri Heiko Maasın diqqət mərkəzində olduğu üçün belə bir addım atılıb. Məqsəd BMT üzvlərini real vəziyyətlə bağlı məlumatlandırmaqdır. İclasda hansısa qətnamənin qəbulu planlaşdırılmır.

S.HƏSƏNOVA



Teqlər: Qarabağ   Müharibə   BMT  





Xəbər lenti