“Ermənilər türkün əsl gücünü görməlidir” - Almaniyadan məktub yazdı

 “Ermənilər türkün əsl gücünü görməlidir” -  Almaniyadan məktub yazdı
  29 Sentyabr 2020    Oxunub:2769
Almaniyada yaşayan türk vətəndaşı Halil Deniz Kalakli Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Mən Almaniyada yaşayan türk vətəndaşıyam.Azərbaycanın Ermənistanla yaşadığı problemi yaxından izləyirəm. Burada bir qərar tuta bilmirəm. Hazırda böyük narahatlıq içərisində Azərbaycan Silahlı Qüvvələrinin zəfər çalması üçün dualar edirik Türkiyədə yaşadığım dövrdə Türk Özəl Qüvvələrində əsgərlik etmişəm.İcazənizlə Azərbaycana gəlib Sizlərlə bərabər ermənilərə qarşı vuruşmaq istəyirəm.Burada bir çox türk qardaşlarımız da Azərbaycana gəlib qardaşlarımıza dəstək vermək istəyirlər. Eyni zamanda, Türkiyədə yaşayan həmvətənlərim də eyni duyğu və düşüncə içərisindədirlər.Artıq Ermənistana sərt bir sillə vurmağın zamanı gəlmişdir. Ermənilər türkün əsl gücünü görməlidirlər. Birlikdə onların üzərinə getməliyik.

Hörmətli cənab Prezident, əmr etdiyiniz anda yanınızda olacağımı bilməyinizi istəyirəm.Sizi və bütün azərbaycanlı qardaşlarımızı Allaha əmanət edirəm".

Azvision.az



Teqlər: Prezident   Məktub  





Xəbər lenti