“Ali Baş Komandanımız tarix yazır” - Xalq artisti

 “Ali Baş Komandanımız tarix yazır” -  Xalq artisti
  30 Sentyabr 2020    Oxunub:4092
“Hərbçilərimiz Şuşanı dağıdıb yenidən şəhər salsınlar. Orada erməni izi qalmasın”
Bunu Azvision.az -a Xalq artisti Firəngiz Mütəllimova cəbhədə baş verən son hadisələrdən danışarkən deyib. Aktrisa illərdir ki, qələbə xəbərlərini gözlədiyini bildirib.

“Sanki yuxudayam. Neçə il idi ki, bu anı gözləyirdim. Hələ də gözlərimə inanmıram. İllərlə gözlədiyimiz qələbəni yaşayırıq. Hər gün xəbərləri izləyirəm. Türkiyə, Rusiya kanallarına baxıram. Bizim haqqımızda nə deyirlər, hansı münasibəti göstərirlər deyə öyrənirəm. “İnstagram” səhifəmdə aktivəm.

Ali Baş Komandanımız tarix yazır. Hamımız onun ətrafında sıx birləşməliyik. İstər incəsənət, istərsə də iqtidar-müxalifət nümayəndələri olsun, hər şey Vətən, hər şey cəbhə üçündür. Başqa söhbət ola bilməz. Ən böyük arzum odur ki, Şuşada dərindən nəfəs alım. Mən illərdir ki, torpağımı, evimi görmürəm. Bu ağrını daha içdən duyuram. Ailəmiz qələbə xəbərlərini gözləyir. Heç Şuşaya gedə bilməyim, amma şəhərimiz geri alınsın. Səhərə kimi nə qədər dua edirəm, Allah bilir”.

Xalq artisti qeyd edib ki, doğma şəhəri geri alınan gün “Şuşanın dağları başı dumanlı” mahnısını ifa edəcək.

“Evimiz dağılıb, ancaq daşlar qalıb. Buna baxamayaraq, qoy əsgərlərimiz Şuşanı kökündən dağıdıb yenidən şəhər salsınlar, erməninin orada izi qalmasın. Mən aktrisa kimi nə rol olsa oynayaram, bircə erməni obrazını yaratmaram. Bu varlıqlar bizi boğaza yığıb”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-artisti  





Xəbər lenti