Erməni təxribatı nəticəsində Şeyx Babı türbəsinə ciddi ziyan dəyib
29 Sentyabr 2020
Oxunub:3396
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib.
Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.