Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə telefonla danışdı

 Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə telefonla danışdı
  30 Sentyabr 2020    Oxunub:2893
Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, F.Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Ə.Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: Baş-Nazir   Əli-Əsədov  





Xəbər lenti