“Azərbaycanın yeni zəfər tarixi yazılır” - Spiker

   “Azərbaycanın yeni zəfər tarixi yazılır” -    Spiker
  30 Sentyabr 2020    Oxunub:2729
Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır, ordumuzun düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları davam edir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Ermənistan ordusu ağır itkilərə məruz qalıb. Onun sözlərinə görə, Azərbaycan ordusu uğurlu əməliyyatlar nəticəsində bir sıra əraziləri və mühüm strateji yüksəklikləri düşməndən azad edib:

“İnanırıq ki, əks-hücum əməliyyatı işğala son qoyacaq və biz qələbə gününü qeyd edəcəyik, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və öz dədə-baba yurdlarından didərgin salınan soydaşlarımız geri dönəcək”.

S.Qafarova qeyd edib ki, ermənilərin təxribatı ilə bağlı Milli Məclis adından bir çox ölkələrin parlamentlərinə və beynəlxalq təşkilarlara məktublar göndərilib, eləcə də Azərbaycana qarşı erməni təcavüzü onların diqqətinə çatdırılıb.

Azvision.az


Teqlər: Spiker   Milli-Məclis  





Xəbər lenti