“ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu

  30 Sentyabr 2020    Oxunub : 2350
“ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına çağırılıb.
Azvision.az xəbər verir ki, onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.

Xatırladaq ki, “ASAN xidmət”də şəhid ailələrinin 30-dan artıq üzvü və 15 nəfər qazi çalışır. Azərbaycan Ordusuna haqq işində, Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayırıq. Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!

Azvision.az

Teqlər: ASAN-xidmət   Ordu   Əsgər