Azərbaycanda yeni medallar təsis edilir

  30 Sentyabr 2020    Oxunub : 1547
Azərbaycanda yeni medallar təsis edilir
Azərbaycanda iki yeni medal təsis edilir.
Azvision.az -ın məlumata görə, Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hər iki qanun layihəsi təsdiq edilib.

Azvision.az

Teqlər: Milli-Məclis