Özbəkistanın tanınmış simalarından erməni təxribatlarına etiraz

Özbəkistanın tanınmış simalarından erməni təxribatlarına etiraz
  30 Sentyabr 2020    Oxunub:3555
Özbəkistanın tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, regionda müharibəni alovlandıran son təxribatları, habelə dinc sakinləri artilleriya atəşinə tutması ilə əlaqədar dünya birliyinə müraciət edib.
Azvision.az xəbər verir ki, müraciətdə erməni ordusunun xain hücumları zamanı həyatını itirən insanlara, hərbçilər və dinc sakinlərə görə Azərbaycan xalqına başsağlığı verilib.

Müraciətdə deyilir: “Azərbaycan öz qanuni ərazilərində Ermənistanın işğalçı ordusuna qarşı hərbi əməliyyatlar, azadlıq mübarizəsi aparır. İşğalçılar zəbt edilmiş əraziləri, o cümlədən Dağlıq Qarabağı tərk etməli və Azərbaycan ordusu xaric bütün qoşunlar Azərbaycan ərazisindən çıxarılmalı, günahsız insanların öldürülməsinə, son hərbi təxribat və cinayətlərə son qoymalıdır. Bu cür davranışlar açıq-açığına təcavüz, işğal və soyqırımı siyasətidir.
Biz Özbəkistan Respublikasının tanınmış elm, mədəniyyət, ictimaiyyət nümayəndələri bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri, çoxsaylı PKK, digər terrorçularla birgə həyata keçirdiyi təcavüzü qınayır, dərhal bu cinayətin və işğalın dayandırılmasına çağırırıq.

30 ildir regionun ən böyük problemi olan Dağlıq Qarabağın və Azərbaycanın digər rayonlarının işğalı, bir milyon azərbaycanlının öz vətənlərindən, yurd yuvalarından qovulması, dünya birliyi üçün ləkədir və sivil dünyada qəbul olunmayan bir cinayətdir.

Ermənistan işğalı nəticəsində Azərbaycan ərazisinin 20 faizi tamamilə dağıdılıb. Min illərlə qurulmuş bütöv şəhərlər, kəndlər məhv edilib, məscidlər, mədəniyyət abidələri yer üzündən silinib. Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilmişdir.

Biz dünya birliyinə müraciət edərək bu işğala, haqsızlığa dur deməyə çağırırıq.

Ermənistan nəinki tarixi və mədəni abidələri bilərəkdən məhv edir, saxtalaşdırır, təəssüflər olsun ki, bu günlərdə azərbaycanlı uşaqları belə hədəfə alaraq ağır müharibə cinayələri törədir. Son aylarda etnik ermənilərin aktiv şəkildə digər ölkələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülərək, məskunlaşma siyasətinin davam etdirilməsi, Asala və PKK kimi terrorçu döyüşçülərin bu yerlərə yerləşdirilməsi təhlükəli hallardır.

Ermənistan Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası olan Şuşada, habelə digər işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsini məhv edib və bütün vasitələrdən istifadə edərək münaqişənin daha da qızışdırılmasına, mövcud vəziyyətin isə uzadılmasına çalışır. Biz Ermənistanın bu cür çirkin oyunlarının dayandırılmasını tələb etməliyik.

Gəlin bir anlıq öz vicdanınız qarşısında cavab verin. Bunu hansı xalq və dövlət qəbul edər? 30 ildir ki, insanlar ədalətin bərpa olunacağı günü, öz torpaqlarını qayıdacaqlarını gözləyirlər.

Niyə işğalçı öz adıyla çağırılmır? Nə üçün Ermənistanı işğala son qoymağa çağırmırsınız?

Biz hüquqları tapdalanan, torpağı işğal olunan və ərazi bütövlüyü pozulan Azərbaycan xalqının yanında olmalıyıq. Hər kəsi bu ağır və çətin günlərdə ədalətin yanında olmağa və Azərbaycana dəstək olmağa çağırırıq. Biz qardaş özbək xalqı işğalı pisləyir, Azərbaycan xalqının Vətən torpaqlarının azadlığı uğrunda apardığı mübarizəni dəstəkləyirik.

Hesab edirik ki, təcili olaraq dünyanın güclü ölkələri, beynəlxalq təşkilatlar Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasına dair qətnamələrini yerinə yetirməyə məcbur etməlidir.
Əminik ki, dünya birliyi ədalətin tərəfini tutacaq və işğalçıları qınayacaq”.

Müraciəti imzalayanlar:

1. Turon Elmlər Akademiyası və Leybniz Avropa Təbiət Elmləri Akademiyasının akademiki, tarix elmləri doktoru Haydarbek Bababekov.
2. Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri Kərim Baxriev.
3. Tarix elmləri doktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuridinnov.
4. Özbəkistanın xalq şairi Camal Kamal.
5. Özbəkistan Respublikasının xalq artisti, teleaparıcı Qalina Melnikova
6. Özbəkistanın xalq rəssamı Rikhsi İbrahimova.
7. Özbəkistanın xalq artisti Maryam İxtiyarova.
8. Özbəkistanın Daşkənd Dövlət Universitetinin professoru Gülbahor Aşurova.
9. Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun dosenti Gülnaz Səttarova.
10. Tarix elmləri doktoru Muborak Yunusxodjaeva.
11. Tibb elmləri namizədi Mavlyud Latypova.
12. Özbəkistanın və Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, professor Firudin Səfərov.
13. BMT-nin Xoşməramlı Səfiri, fəlsəfə doktoru, akademik, YUNESKO-da Elmlər Akademiyasının professoru Almaz-xanım Medjidova.
14. Özbəkistanın əməkdar artisti, “Dustlik” ordenini mükafatçısı Kaykab Aliyeva
15. Tarixçi, tədqiqatçı, jurnalist Şuxrat Salamov.
16. Şair, jurnalist, Özbəkistanın “KitobDunyosi” qəzetinin baş redaktoru Xosiyat Rüstəm.
17. Tərcüməçi, ictimai xadim Şaxlo Kasymova.

Tural Tağıyev
Azvision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti