“Al Jazeera” cəbhə xəttindən reportaj yayımladı - FOTOLAR

   “Al Jazeera” cəbhə xəttindən reportaj yayımladı -    FOTOLAR
  30 Sentyabr 2020    Oxunub:3080
“Al Jazeera” telekanalı Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla bağlı daha bir reportaj hazırlayıb.
Azvision.az xəbər verir ki, reportajda Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan Ordusunun əks-hücumları barədə məlumat verilir. Reportajda Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinə istinadla məlumatlar diqqətə çatdırılır. Azərbaycan Ordusunun döyüşlərin miqyasını genişləndirdiyi qeyd edilir.

Kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri toqquşmaların davam etdiyini, mülki obyektlərin də atəşə məruz qaldığını bildirir.

Reportajda Azərbaycan Prezidenti ilə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüşə də toxunulur, dövlətimizin başçısının münaqişənin yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə həll oluna biləcəyinə dair fikri diqqətə çatdırılır.





Azvision.az


Teqlər: AlJazeera  





Xəbər lenti