Gürcü sərhədçiləri Qarabağa gedən yük maşınlarının qarşısını aldı

 Gürcü sərhədçiləri Qarabağa gedən yük maşınlarının qarşısını aldı
  30 Sentyabr 2020    Oxunub:2795
Sentyabrın 28-də axşam saatlarında gürcü sərhədçiləri Gürcüstan-Ermənistan sərhədində Dağlıq Qarabağ zonasına şin aparan yük maşınlarının qarşısını alıb.
Azvision.az xəbər verir ki, Gürcüstanın cənubundakı Axalkalaki və Ninotsminda rayonlarında yaşayan etnik ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni əsgərlərinə şin, ərzaq məhsulları və dərman yola salmağa çalışıb.

Gürcüstan sərhədçiləri avtomobillərin sərhədi keçməsinə qadağa qoyub.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti