Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəcək

Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəcək
  30 Sentyabr 2020    Oxunub:1878
Azərbaycan Televiziyasında yeni veriliş yayımlanacaq.
AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Azvision.az -a verilən məlumata görə, hərbi diktor Şəmistan Əlizamanlının aparıcısı olduğu veriliş “Cəbhədən xəbər” adlanır.

Proqramda cəbhədəki vəziyyət və döyüşlərin gedişatı ilə bağlı ən son xəbərlər olacaq.

“Cəbhədən xəbər” bu gündən başlayaraq hər gün 23:30-da AzTV-də efirə veriləcək.

Azvision.az



Teqlər: AzTV  





Xəbər lenti