İbrahim Şehiç: Qarabağ Azərbaycandır

 İbrahim Şehiç:  Qarabağ Azərbaycandır
  01 Oktyabr 2020    Oxunub:4560
Bosniya və Herseqovina yığmasının və Türkiyənin “Konyaspor” klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
Azvision.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi barədə danışan İbrahim Şehiç hazırda Ermənistanla Azərbaycan arasında müharibə getdiyini və açıq şəkildə azərbaycanlıların tərəfində olduğunu bildirib.

İbrahim Şehiç özünün “Facebook” hesabında, “Əziz dostlarım üçün dua edirəm. Qarabağ Azərbaycandır!” sözlərini paylaşıb.

Qeyd edək ki, futbol üzrə Bosniya və Herseqovina millisinin oyunçusu 2013-2018-ci illərdə Azərbaycanın Ağdam şəhərinin futbol klubu olan “Qarabağ”ın əsas qapıçısı olub. 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan müharibə zamanı çoxlarının indi "Qafqazın Xirosiması" adlandırdığı Ağdam şəhərinin işğalçı ermənilər tərəfindən dağıdılması səbəbindən futbol klubu Bakıya köçmək məcburiyyətində qalıb.

Azvision.az


Teqlər: İbrahimŞehiç  





Xəbər lenti