“Qəhrəman Azərbaycan ordusu ilə fəxr edirəm” - İordaniyalı tarixçi
Cənab Prezident, Azərbaycan torpaqlarının təcavüzkarlardan və işğalçılardan azad edilməsi Sizin qanuni haqqınızdır. Hamıya məlumdur ki, BMT-nin qətnamələri və beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bunun nəticəsində 1 milyondan çox azərbaycanlının öz ölkəsində məcburi köçkün olması təsbit edilib. Ermənistanın həmin qətnamələri yerinə yetirməkdən imtina etməsi də aşkar bir faktdır.
Mən qəhrəman Azərbaycan ordusu ilə fəxr edirəm və cəbhədə həlak olan şəhidlərə Uca Allahdan rəhmət diləyirəm.
Allah Azərbaycanı, onun böyük xalqını və müdrik Prezidentini hifz etsin”.
Azvision.az
Teqlər: İordaniya