“Dağlıq Qarabağ Azərbaycanındır!” - Fransa küçələrinə afişalar vurulur

“Dağlıq Qarabağ Azərbaycanındır!” -  Fransa küçələrinə afişalar vurulur
  02 Oktyabr 2020    Oxunub:3750
“Ermənistan Dağlıq Qarabağda təcavüzü DAYANDIR!”, “Dağlıq Qarabağ Azərbaycanındır!”, “İşğal olunmuş əraziləri azad edin!”, “Fransa, BMT sizin fəaliyyətsizliyiniz öldürür!”.
Bu şüarlar Fransadakı azərbaycanlıların oktyabrın 1-də Paris və Nant şəhərlərində yaydığı afişalarda əks olunub. Bildirilib ki, oktyabrın 2-də Fransanın digər şəhərlərində də erməni təcavüzünü əks etdirən belə afişalar yayımlanacaqdır.

Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara başlayandan Fransadakı soydaşlarımız Dağlıq Qarabağla bağlı həqiqətləri yerli ictimaiyyətə çatdırırlar. Soydaşlarımız birlikdə qruplar yaradaraq Azərbaycanla bağlı məlumatların yayılmasında fəal rol oynayır və sosial şəbəkələr vasitəsi ilə Fransada ölkəmizlə bağlı yayılan dezinformasiyalara cavab verirlər.

Seçkilərə görə erməni seçicilərinin əlində oyuncaq olan fransız siyasətçilərinin münaqişə ilə bağlı yanlış paylaşmaları cavablandırılır.

Fransa dövlət və hökumət rəhbərlərinə məktublar göndərərək, onlardan beynəlxalq hüquqa riayət etməyə və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin həyata keçirilməsinə dair çağırışlar ediblər.

Xatırladaq ki, dünyada ən böyük erməni lobbisi Fransadadır.

Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti