Ağdamın kəndləri artilleriya atəşinə tutulur - Ölən və yaralılar var

 Ağdamın kəndləri artilleriya atəşinə tutulur - Ölən və yaralılar var
  02 Oktyabr 2020    Oxunub:4755
Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.
Azərbaycan Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.

Qeyd olunub ki, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var: "Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək".

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Cəbhə   Ağdam  





Xəbər lenti