Düşmənin növbəti təxribat cəhdi: Səs yazısı yayıldı

  02 Oktyabr 2020    Oxunub : 4182
Düşmənin növbəti təxribat cəhdi:  Səs yazısı yayıldı
Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur.

"Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir", - deyə məlumatda qeyd olunub.



Azvision.az

Teqlər: Düşmən   Təxribat