“Azərbaycanla strateji əməkdaşlıq İsrail üçün vacibdir” - Knessetin deputatı

“Azərbaycanla strateji əməkdaşlıq İsrail üçün vacibdir” -  Knessetin deputatı
  02 Oktyabr 2020    Oxunub:3936
"Ermənistanın İsraildəki səfirliyi sentyabrın 18-də açılıb. Daha doğrusu, səfirliyin işinə tam başlamasından iki həftədən az müddətdə səfir məsləhətləşmələr üçün geri çağırılıb. Hər hansısa bir səfirin məsləhətləşmələr üçün paytaxta geri çağırılması təəssüflənə biləcək bir hadisədir. Ancaq bu, İsrail də daxil olmaqla diplomatik praktikada ilk dəfə olan şey deyil".
Azvision.az xəbər verir ki, bunu Knessetin deputatı Andrey Kojinov İrəvanın Azərbaycana silah satması səbəbiylə səfirini İsraildən geri çağırmasını şərh edərkən deyib.

"Bu qərarı Ermənistan tərəfi vəziyyətə öz baxış bucağından irəli gələrək verib. Şübhəsiz ki, səfirin geri çağırılması məsələsi ən yüksək diplomatik və dövlət səviyyəsində həll ediləcək. Qüdslə Bakı arasındakı münasibətlər məsələsinə gəlincə, Azərbaycanla uzunmüddətli strateji əməkdaşlıq İsrail üçün xarici siyasətin ən vacib tərəfidir".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsrail   Deputat  





Xəbər lenti