Bakı Media Mərkəzindən ordumuza dəstək

Bakı Media Mərkəzindən ordumuza dəstək
  02 Oktyabr 2020    Oxunub:2360
Bakı Media Mərkəzi işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində əks-hücum əməliyyatı həyata keçirən şanlı Azərbaycan Ordusu ilə bağlı xüsusi videoçarx hazırlayıb.
Azvision.az xəbər verir ki, mərkəzin sosial şəbəkələrdəki səhifələrində yayılan paylaşımda deyilir: “Azərbaycan Ordusu güvən yerimiz, qürur mənbəyimizdir. Ordumuz vətənimizi, müstəqil dövlətimizi və ərazi bütövlüyümüzü ən yüksək səviyyədə qorumağa qadirdir. İndi şanlı Ordumuz öz qüdrəti və cəsarəti ilə bu bacarığını döyüş meydanında isbatlayır. Biz Ali Baş Komandanımıza , Ordumuza və əsgərlərimizə güvənirik. Qələbə bizimlədir. Hər şey Vətən üçün, hər şey Qarabağ üçün!”

Azvision.az


Teqlər: BakıMediaMərkəzi  





Xəbər lenti