Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI

 Düşmənin məhv edilən döyüş texnikaları -  SİYAHI
  03 Oktyabr 2020    Oxunub:5991
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 230-dək tank və digər zirehli texnika;

- 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 38 ədəd hava hücumundan müdafiə vasitələri;

- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 7 silah-sursat anbarı;

- 130-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti