“Azərbaycan başqa nə etməli idi?” - Rusiyalı deputat

 “Azərbaycan başqa nə etməli idi?” -  Rusiyalı deputat
  03 Oktyabr 2020    Oxunub:2652
Nikol Paşinyan 2018-ci ildə Ermənistanda hakimiyyətə gələndə, ondan Bakıda da Qarabağ nizamlanmasına konstruktiv münasibət göstərməsi gözlənilirdi. Ancaq işə başladığı ilk gün Xankəndi şəhərinə getdi və “bura əbədi erməni torpağıdır, heç bir güzəşt ola bilməz!”, dedi.
Azvision.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev “Rossiya 1” kanalında Qarabağdakı gərginliklə bağlı debatda deyib.

“Paşinyan bunu etdi. Niyə etdi? O, milliyyətçilərin əlinə oynadı. Əlbəttə, Azərbaycan başqa nə edə bilərdi? Onlar ümid etdilər, düşündülər: tamam, indi yenisi gəldi, heç olmasa bir şey başlayacaq. Heç nə başlamadı! Yaxşı, seçimləri nədir?”.

Rusiyalı deputat deyib ki, Paşinyan razılaşma yolu ilə tərk etməli olduğu ərazilərdən çıxmalıdır: “Paşinyan bu rayonları tərk etməli və başa düşməlidir, əks halda bunu dayandırmaq mümkün deyil”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Deputat   Qarabağ  





Xəbər lenti