Təhsil Nazirliyindən Azərbaycan ordusuna dəstək

Təhsil Nazirliyindən Azərbaycan ordusuna dəstək
  03 Oktyabr 2020    Oxunub:1646
Təhsil Nazirliyi işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

"Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyuruq.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasında əsas məqsəd Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir.

Zəfər sənindir, Azərbaycan əsgəri!"

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Qarabağ  





Xəbər lenti