Hazırda düşmən kəndlərimizi atəşə tutur

   Hazırda düşmən kəndlərimizi atəşə tutur
  03 Oktyabr 2020    Oxunub:4098
Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

Azvision.az


Teqlər: Düşmən   Atəş   Artilleriya  





Xəbər lenti