“Ermənilər təcili Paşinyanı devirməlidir” - Rusiyalı politoloq

 “Ermənilər təcili Paşinyanı devirməlidir” -  Rusiyalı politoloq
  03 Oktyabr 2020    Oxunub:7565
Rusiyalı tarixçi-şərqşünas, keçmiş hərbi müxbir İqor Dmitriyev özünün "Telegram" kanalında Ermənistan xalqını təcili olaraq baş nazir Nikol Paşinyanı devirməyə çağırıb.

Azvision.az -ın məlumatına görə, rusiyalı politoloq bildirib ki, ermənilər təcili Paşinyanı devirməlidir.
"Bu, bir neçə günün məsələsidir. Nə qədər tez olsa o qədər yaxşıdır”,- deyə rusiyalı politoloq vurğulayıb.

Dmitriyevin sözlərinə görə, ermənilərin indi yumruq kimi birləşib Paşinyanı dəstəkləməli olduğu haqda hekayələrə inanmaq lazım deyil:“Paşinyan bu müharibənin günahkarıdır. Ermənistanın opponontləri onun manevrlərindən sonra Yerevanın müttəfiqləri ilə münasibətlərinin zəiflədiyini hiss elədilər. İndi hər itirilmiş insan həyatı onun ətrafındakı qrantyeyənlərin vicdanına yazılır”.

Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti