Pompeodan ermənilərin iddiasına cavab: "Yazılanlar doğru deyil..."

Pompeodan ermənilərin iddiasına cavab:  "Yazılanlar doğru deyil..."
  03 Oktyabr 2020    Oxunub:2144
ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistanın "Suriyalı döyüşçülərin Dağlıq Qarabağda fəaliyyət göstərməsi” ilə bağlı iddialarına münasibət bildirib.
Azvision.az xəbər verir ki, dövlət katibi keçirdiyi brifinqdə bu barədə məlumatsız olduğunu söyləyib.

"Mən yazılanları gördüm. Siz, suriyalı döyüşçülərin Azərbaycana gətirildiyi barədə xəbərləri nəzərdə tutursunuz. Bu, xəbərləri gördüm. İndiki halda həqiqətən deyə biləcəyim yalnız budur. Ümid edirəm ki, belə deyil.

Suriyada döyüş sahələrindən Liviyaya aparılmış suriyalı döyüşçüləri gördük ki, bu da daha çox qeyri-sabitlik, daha çox qarışıqlıq, daha çox qarşıdurma, münaqişə, daha az sülh yaratdı.

Düşünürəm ki, Dağlıq Qarabağ və ətrafındakı qarşıdurmada da eyni hal ola bilər. Buna görə də ümid edirəm ki, yazılanlar doğru deyil", - deyə Pompeo vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti