Heydər Əliyev Mərkəzinin əməkdaşlarından orduya dəstək

   Heydər Əliyev Mərkəzinin əməkdaşlarından orduya dəstək
  03 Oktyabr 2020    Oxunub:2538
Heydər Əliyev Mərkəzinin əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına dəstək və vətəndaşlıq borcunu yerinə yetirmək məqsədi ilə bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.
Mərkəzdən Azvision.az -a bildirilib ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.

Azvision.az



Teqlər: Heydər-Əliyev-Mərkəzi   Ordu  





Xəbər lenti