“İrəvan münaqişəni dini qarşıdurma kimi qələmə verir” - Fərid Şəfiyev
Məqalədə qeyd edilib ki, hərbi əməliyyatlar döyüş meydanında davam etdikcə təbliğat müharibəsi də güclənib: “Münaqişədən bəhs edən Qərb ölkələrindən olan bir qrup tədqiqatçı, ekspert və jurnalistlər münaqişənin yalnız geosiyasi və tarixi aspektlərinə diqqəti yönəldib, ancaq ermənipərəst hekayələrə sığmadığı üçün ən vacib ünsürə, yəni beynəlxalq hüquq tərəfinə səssiz qalıblar”.
Müəllif həmçinin yazır ki, bölgədə baş verən son hərbi hadisələr bəzi Qərb mediasında ermənipərəst şəxslərin köməyi ilə bir neçə geniş yayılmış stereotiplərlə təsvir olunur. Belə ki, N.Paşinyan hökuməti qarşıdurmanı dini qarşıdurma olaraq qələmə verməklə yanaşı, demokratiya avtokratiyaya qarşı uydurmaları ilə təqdim etməyə çalışır: Həmçinin bəzi Qərb mediasında erməni ultramillətçilərinin lobbiçilik səyləri ilə Azərbaycana qarşı qurulmuş stereotiplərə meyl göstərilir: “BBC və Reuters kimi agentliklər davam edən döyüş əməliyyatları barədə bəzi yazılarda Azərbaycanda guya suriyalı döyüşçülərin olması lə bağlı təsdiqlənməmiş mənbələrə əsaslanaraq saxta xəbərlər yayırlar”.
Müəllif vurğulayıb ki, əslində, Azərbaycan müsəlman radikallarını qanunun bütün səviyyəsində mühakimə edən, İŞİD döyüşçülərini həbs edən, ABŞ-ın Əfqanıstan və İraqdakı əməliyyatlarını dəstəkləyən və Qərb kəşfiyyat orqanlarına terrorizmə qarşı mübarizədə dəstək göstərən güclü dünyəvi ənənələrə sahib bir ölkədir: “Vaşinqtondakı erməni lobbi qrupları, məsələn Amerikanın Erməni Milli Komitəsi və Kapitol Təpəsindəki adamları, o cümlədən bir neçə konqresmen və senator bir etnik qrupun dar ksenofobiya və ekstremist iddialarını irəli sürərək ABŞ-ın milli maraqlarına böyük ziyan vurur”.
Azvision.az
Teqlər: Fərid-Şəfiyev