Ermənistan Avropanın enerji təhlükəsizliyini təhdid edir

Ermənistan Avropanın enerji təhlükəsizliyini təhdid edir
  03 Oktyabr 2020    Oxunub:2174
27 sentyabr 2020-ci il saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriya atəşinə tutur. Nəticədə çoxlu sayda mülki əhali həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının yaydığı bəyanatda deyilir.

Bildirilir ki, həlak olanlar arasında uşaqlar da var: "Ermənistan ordusu strateji və beynəlxalq əhəmiyyət kəsb edən neft və qaz layihələrinin (Bakı-Tbilisi Ceyhan (BTC), Qərb İxrac Boru Kəməri (QİBK), Cənub Qafqaz Boru Kəməri (GQBK) və Cənub Qaz Dəhlizi) keçdiyi əraziləri, Tovuz (13 kənd) və Şəmkir (13 kənd) rayonlarını da raket atəşinə tutmağa başlayıb.

2 oktyabr 2020-ci il tarixində isə Ermənistan ordusu ərazisindən 4 (dörd) neft və qaz kəmərləri keçən Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsini ağır artilleriya və raket atəşinə tutub.

Cənub Qaz Dəhlizi layihəsinin əsas məqsədi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və artırılması, Azərbaycan qazını Cənub Qafqaz Qaz Boru Kəməri (CQBK), TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

2020-ci ildə bu qaz kəmərinin buraxılış qabiliyyətinin ildə 16 mlrd. 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacağı gözlənilir. Hal hazırda Ermənistanın təxribat,terror xarakterli hərəkətləri isə faciə ilə nəticələnə bilər.

NHMT olaraq yuxarıda bəhs olunan mövcud problemdən narahatlığımızı bildirir:

-Ermənistan ordusunun bu kəmərlər keçən əraziləri atəşə tutması təsadüfü deyil, məqsədyönlü olduğunu düşünərək, və bunun ciddi fəsadlar ver biləcəyini nəzərə alaraq, ərazisindən beynəlxalq neft və qaz kəmərləri keçən ölkə rəhbərlərinə, Avropa Birliyi ölkələrinə, kəmərlərə maliyyə vəsaiti ayran Beynəlxalq Maliyyə Qurumlarına, kəmərlərə sərmayə qoyan və müəyyən paya malik olan çoxlu sayda şirkətlərə müraciət edərək, Sizlərdən Ermənistanın Azərbaycana qarşı təcavüzünü, mülki əhalinin qəsdən bombalamasını, global enerji xətlərinin keçdiyi əraziləri hədəfə almasını pisləməyə və işğalçı Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırılırıq. Ermənistanın bu təcavüzü təkcə Azərbaycana qarşı deyil, bu həmdə Avropanın enerji təhlükəsizliyinə ciddi təhdiddir".

Azvision.az


Teqlər: Qarabağ   Bəyanat   Neft  





Xəbər lenti