Spiker və deputatlar da orduya vəsait ayırdı

   Spiker və deputatlar da orduya vəsait ayırdı
  03 Oktyabr 2020    Oxunub:2516
Milli Məclisin sədri və deputatlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürür.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.

Azərbaycan Respublikasının Milli Məclisi olaraq rəşadətli və müzəffər ordumuzun vətən müharibəsində böyük qələbəsinə əminik! Qarabağ Azərbaycandır!

Azvision.az




Teqlər: Milli-Məclis   Ordu   Vəsait  





Xəbər lenti