“Prezident Makrona qətiyyətli cavab verdi”

 “Prezident Makrona qətiyyətli cavab verdi”
  03 Oktyabr 2020    Oxunub:4431
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək atəşkəs rejiminin pozulmasından narahatlığını ifadə edib. Əslində ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin prezidentinin Dağlıq Qarabağ probleminin həlli istiqmətində qətiyyətli addımlar ataraq öz ərazi bütövlüyünü bərpa etmək istəyən Azərbaycan Prezidentinə zəng etməsi olduqca anlaşılandır.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, anlaşılmayan məqam Fransa prezidentinin atəşkəsin pozulmasından narahat olması və atəşkəsə çağırış etməsidir:

"Makron əslində telefon danışığında işğalın bu günə qədər davam etməsindən, həmsədri olduğu təşkilatın problemi həll edə bilməməsindən, Ermənistanın yeni ərazilər işğal etmək niyətindən narahat olmalı və Ermənistanın baş nazirinə zəng edərək dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını istəməli idi. Ancaq tam tərsinə Makron bir qədər öncə ermənilərə xitabən bəyan etmişdi ki, "Fransa öz rolunu oyanyacaq", "Dağlıq Qarabağın (əslində isə Riqada səsləndirdiyi bəyanatda Şimali Qarabağ ifadəsi işlətmişdi ) yenidən fəth olunmasına icazə verməyəcək", "sona qədər müqavimət göstərəcək" və s. Bu kimi fikilər atəşkəsin pozulmasını təşviq edən, Ermənistanıın işğalçılıq siyasətini dəstəkləyən fikirlərdir və işğalçını işğala daha da həvəsələndirməkdir. Belə halda görəsən nə oldu ki, birdən-birə Makronun yadına atəşkəs və sülh düşdü. Bax, bu nə oldu sualının cavabı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin savaşda göstərdiyi rəşadət və igidliklərdir. Azərbaycan Prezidenti İlham Əliyevin cavabı olduqca qətiyyətli və prinsipial oldu. Dövlət başçısı bildirdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək ərazilərimizin bir hissəsini işğaldan azad edib. Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Bu layiqli cavabdır və o deməkdir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyənə qədər heç bir atəşkəsdən söhbət gedə bilməz".

Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti