“Hərbi əməliyyatlar Azərbaycan ərazilərində aparılır” - Latviyalı nazir

 “Hərbi əməliyyatlar Azərbaycan ərazilərində aparılır” -  Latviyalı nazir
  03 Oktyabr 2020    Oxunub:3421
Latviya Baş nazirinin müavini, ölkənin Müdafiə naziri Artis Pabriks Riga TV24 telekanalına müsahibəsində hazırda Dağlıq Qarabağ regionunda gedən hərbi əməliyyatlar barədə danışıb.
Azvision.az A.Pabriksin hərbi əməliyyatlarla bağlı fikirlərini təqdim edir:

“Dondurulmuş münaqişə canlı müstəviyə keçmişdir. Ötən il Latviya Seyminin (Parlament) kürsüsündən çıxış edərkən son dövrlərdə beynəlxalq təşkilatların rolunun azaldığını, milli dövlətlərin öz üzərilərinə daha çox məsuliyyət götürdüklərini və bunun da öz növbəsində dialoqları əvəzlədiyini bildirmişdim.

Əgər konkret olaraq Cənubi Qafqazda olan münaqişə haqqında danışırıqsa, deyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz hər iki tərəfin məsələni danışıqlar masası arxasında əyləşərək sülh yolu ilə həll etməsinə dair Latviyanın mövqeyini dəqiq formada ortaya qoymuşdur. Ancaq, gerçəklik budur ki, 26 ildir ki, işğal olunmuş 7 rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində bir tük qədər irəliləyiş olmayıb. Latviya tərəfi olaraq biz hər hansı münaqişənin sülh yolu ilə həllinə sadiq qalırıq, eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipinə tərəfdarıq. Və biz bilirik ki, Azərbaycan hökuməti öz ərazilərinin 13 faizi üzərində nəzarətə malik deyildir. Hal-hazırda baş verən hərbi əməliyyatlar qanuni olaraq de-yure Azərbaycan ərazilərində, de-fakto isə Azərbaycanın idarə etmədiyi ərazilərdə aparılır.

Biz dünya ictimaiyyəti tərəfindən bir tərəfdən müharibədə hər hansı döyüşən tərəfin dəstəklənməsi ilə bağlı çəkingən mövqe - çünki sülh hər zaman daha yaxşıdır -, digər tərəfdən isə beynəlxalq təşkilatların və aparılan dialoqların 26 ildir ki, uğurlu olmadığını qəbul etməli olduğumuzu görürük".

Artis Pabriks 90-cı illərin əvvəllərində bu əraziləri tərk etməyə məcbur olmuş qaçqınların və bu kateqoriyaya aid şəxslərin nəhayət ki, öz doğma evlərinə geri qayıda biləcəklərinə ümid etdiyini bildirib.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti