“Səthi tələblər və atəşkəs bu dəfə fayda verməyəcək” - Çavuşoğlu

   “Səthi tələblər və atəşkəs bu dəfə fayda verməyəcək” -    Çavuşoğlu
  03 Oktyabr 2020    Oxunub:2479
Ermənistanla əlaqələrimizin həssaslaşmasının əsas səbəbi Ermənistanın bölgədə təcavüz yolu seçməsi, eyni zamanda, konstruktiv və məsuliyyətli bir ortaq olma qabiliyyətinə malik bir siyasət aparmamasından irəli gəlir. Biz təcavüzkarla qurbanı bir-birindən ayırmalıyıq.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İtaliyanın nüfuzlu “La Stampa” qəzetinə açıqlamasında deyib.

Nazir bildirib ki, döyüş əməliyyatlarının dərhal dayandırılması istiqamətində səsləndirilən səthi tələblər və davamlı atəşkəs bu dəfə fayda verməyəcək:

"Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu, bizim seçimimiz deyil. Təbii ki, əgər Ermənistan bölgədə sülh üçün konstruktiv və məsuliyyətli tərəfdaş olmağı seçərsə, bundan Azərbaycanın da qazanacağı çox şey olacaq”.

Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti