“Saxta məlumatlardan bir neçəsini ifşa etmişik” - Hikmət Hacıyev

  03 Oktyabr 2020    Oxunub : 2580
   “Saxta məlumatlardan bir neçəsini ifşa etmişik” -    Hikmət Hacıyev
Ermənistan Müdafiə Nazirliyi kifayət qədər saxta məlumatlar paylaşır. Bu məlumatların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi. Sonradan həmin görüntülərin saytlardan və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib.

“Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”, - deyə Hikmət Hacıyev qeyd edib.

Azvision.az

Teqlər: HikmətHacıyev