“Xalqımız Türkiyənin dəstəyini yüksək qiymətləndirir” - Prezidentin köməkçisi

  “Xalqımız Türkiyənin dəstəyini yüksək qiymətləndirir” -    Prezidentin köməkçisi
  03 Oktyabr 2020    Oxunub:3451
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə davam edir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, qardaş Türkiyə hər fürsətdə Azərbaycana dəstəyini göstərir. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ifadə olunan fikirlər Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Hazırda Türkiyənin bu məsələdə Azərbaycana siyasi və mənəvi dəstəyini görürük ki, bu da xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Azvision.az


Teqlər: Prezidentinköməkçisi  





Xəbər lenti