Prezident 1-ci Ordu Korpusunun komandirini təbrik etdi

 Prezident 1-ci Ordu Korpusunun komandirini təbrik etdi
  03 Oktyabr 2020    Oxunub:3740
Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
Azvision.az-ın məlumatına görə, Prezident H.Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.

Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti