Bir aylıq maaşlarını Ordu üçün ayırdılar

Bir aylıq maaşlarını Ordu üçün ayırdılar
  04 Oktyabr 2020    Oxunub:2498
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin əməkdaşları bir aylıq vəzifə maaşı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.
Bu barədə Azvision.az -a Xidmətdən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə təsis edilib.

Azvision.az


Teqlər: Ordu   Maaş   İanə  





Xəbər lenti