Gəncədə bir mülki şəxs həlak olub, 4 nəfər yaralanıb - RƏSMİ

Gəncədə bir mülki şəxs həlak olub, 4 nəfər yaralanıb -  RƏSMİ
  04 Oktyabr 2020    Oxunub:3228
Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

“Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: XİN   Gəncə  





Xəbər lenti