Prezidentin köməkçisi: Araik Arutyunyan ağır yaralanıb

  Prezidentin köməkçisi:  Araik Arutyunyan ağır yaralanıb
  04 Oktyabr 2020    Oxunub:14458
Ermənistan terrorçu dövlətdir, faşizm xisləti daşıyır. Azərbaycan Ermənistanın hücumlarının heç birini cavabsız qoymur və bu hücumlar adekvat cavabını alır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutyunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi ilə bağlı məlumatlar yayılır.

“Mən buradan Araik Arutyunyana müraciət etmək istəyirəm. Araik Arutyunyan , sən bunkerdə gizlənmişdin, Azərbaycan Ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutyunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti