Düşmən mülki obyektlərə 10 mindən çox mərmi atıb

 Düşmən mülki obyektlərə 10 mindən çox mərmi atıb
  04 Oktyabr 2020    Oxunub:2789
Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı cinayət törətməkdə davam edir. Bu gün Ermənistan yenə Azərbaycanın mülki obyektlərini ağır artilleriyadan, raketlərdən, o cümlədən “Smerç” raketlərindən atəşə tutub.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinqdə bildirib.

Prezidentin köməkçisi deyib ki, mülki insanlar arasında yaralananlar və həlak olanlar var.

"Ermənistan tərəfindən mülki əhalinin və obyektlərin hədəfə alınması məqsədyönlü şəkildə həyata keçirilir. Son günlər ərzində Ermənistan tərəfinin bu xain hərəkətləri nəticəsində mülki obyektlərə 10 mindən çox mərmi atılıb".

Azvision.az


Teqlər: Düşmən   Atəş   Smerç   Toçka-U  





Xəbər lenti