Hikmət Hacıyev: “Azərbaycan xalqının qəti əzmi var”

 Hikmət Hacıyev:  “Azərbaycan xalqının qəti əzmi var”
  04 Oktyabr 2020    Oxunub:4022
“Bu müharibə Azərbaycan xalqının Vətən müharibəsidir. Bu müharibədə Azərbaycan xalqı öz əzmini, qətiyyətini bir daha nümayiş etdirdi”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinqdə deyb.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlərin, əldə etdiyimiz uğurların fövqündə Ermənistan zəifliyini, acizliyini göstərərək təxribatlara əl atıb.

“Ancaq onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan xalqının qəti əzmi var. Mən Tərtərdə, Gəncədə və digər şəhərlərimizdə olan tanışlarla əlaqə saxlamışam. Onların hamısı öz evlərində, yaşadıqları yerlərdədirlər və əhval-ruhiyyələri yüksəkdir", - H.Hacıyev əlavə edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti