Gəncədə ölən və yaralananların sayı açıqlandı

 Gəncədə ölən və yaralananların sayı açıqlandı
  04 Oktyabr 2020    Oxunub:5216
Ermənilərin Gəncə şəhərini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu, Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin bəyanatında bildirilib.

"Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulmuşdur. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir", - deyə Baş prokuror qeyd edib.

Azvision.az


Teqlər: Gəncə   Baş-Prokuror  





Xəbər lenti