Bir gündə 130 nəfər COVID-19-a yoluxdu

 Bir gündə 130 nəfər COVID-19-a yoluxdu
  04 Oktyabr 2020    Oxunub:3472
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 40 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib, aktiv xəstə sayı 1 599 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 794, ötən müddət ərzində isə ümumilikdə 1 137 121 test aparılıb.

Azvision.az


Teqlər: Virus   Yoluxma  





Xəbər lenti