Nazirlik: Gəncədə tarixi abidəyə ciddi ziyan dəyib
Əsrlər boyu Böyük İpək Yolu üzərində mədəniyyət mərkəzi kimi tanınan Gəncə dünyanın mədəni irsinə dahi şair və mütəfəkkir Nizami Gəncəvi, 2013-cü ildə 900 illik yubileyi UNESCO səviyyəsində qeyd olunmuş görkəmli şairə Məhsəti Gəncəvi, məşhur incəsənət xadimləri, bəstəkarlar, memarlar və s. bəxş edib. 2020-ci ilin 23 sentyabrında Gəncə şəhəri UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə (UNESCO Global Network of Learning Cities) üzv seçilib.
Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfindən növbəti dəfə mülki əhali və obyektləri, tarixi abidələri hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.
Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycan, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirib. Dağlıq Qarabağdakı qondarma rejimin başçısının Gəncənin atəşə tutulması ilə bağlı məsuliyyəti nümayişkaranə şəkildə öz üzərinə götürməsi isə erməni tərəfin riyakar siyasətinin daha bir təsdiqidir.
Azvision.az
Teqlər: MədəniyyətNazirliyi tarixiabidə