“Ermənistan zülm saçan üzünü bir daha göstərdi” - Dövlət Baxçalı

“Ermənistan zülm saçan üzünü bir daha göstərdi” -  Dövlət Baxçalı
  04 Oktyabr 2020    Oxunub:2828
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutmasını pisləyib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sivil insanların hədəf alındığını və çirkin hücumlarla insanlığa qarşı cinayətlərin törədildiyini deyən Baxçalı Ermənistanın beynəlxalq hüquqları pozduğunu bildirib.

Ermənistan dövlətinin bir daha zülm saçan üzünü göstərdiyini bildirən MHP lideri qeyd edib:

"Füzuli, Ağdam və Tərtər rayonları Ermənistan tərəfindən artilleriya və raket atəşinə tutulub. Erməni ordusu Azərbaycanın qarşısında sıxılıb qaldıqca münaqişə bölgələri mülki yaşayış məntəqələrinə qədər genişlənir. Qatil erməni zehniyyətinin keçmişdə etdiyi şey bu gün vəhşicəsinə təkrarlanır. Ermənistan qəddardır, qatildir və tökdüyü qana qərq olmalıdır. Ermənistan Cənubi Qafqazdakı sülh və sabitliyin yeganə rəqibidir. İndi beynəlxalq ictimaiyyət mülki vətəndaşlara qarşı qanlı və mənfur hücumlara laqeyd qalmamalıdır".

Azvision.az




Teqlər: Ermənistan   Təcavüz   DövlətBaxçalı  





Xəbər lenti