Düşmən Mingəçevirə raket atıb - RƏSMİ

 Düşmən Mingəçevirə raket atıb -  RƏSMİ
  05 Oktyabr 2020    Oxunub:6489
Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

H.Hacıyev qeyd edib: “Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.

Azvision.az


Teqlər: Mingəçevir   Hikmət-Hacıyev  





Xəbər lenti